“Sülh Şurası” bəzi hallarda BMT ilə qarşılıqlı fəaliyyət göstərəcək.
Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
“Mən düşünürəm ki, onlar bizə müəyyən qədər kömək edə bilərlər. Dünyanın ən böyük liderləri “Sülh Şurasına” qoşulur və biz bəzi hallarda BMT ilə birgə fəaliyyət göstərəcəyik”, – o əlavə edib.
Ancaq Tramp iki qurum arasında əməkdaşlığın hansı məsələlər üzrə planlaşdırıldığını dəqiqləşdirməyib.
Azinformasiya.az