Anna Akopyan Nikol Paşinyanla vətəndaş nikahının başa çatdığını açıqlayıb

Anna Akopyan Ermənistanın Baş naziri Nikol Paşinyanla vətəndaş nikahının başa çatdığını açıqlayıb.

 

Azinformasiya.az  xəbər verir ki, Akopyan bu bərədə məlumatı “Facebook” səhifəsində paylaşıb.

“Bildirirəm ki, Nikol Paşinyan ilə vətəndaş nikahım başa çatıb. Xahiş edirəm ki, bu mövzunun müzakirəsi zamanı hər kəs təmkinli və korrekt davransın”, – o bildirib.

Qeyd edək ki, Ermənistan mediasının məlumatına əsasən, indiyədək vətəndaş nikahında yaşayan cütlük rəsmi nikaha daxil olub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir