İranın Zahidan bölgəsində Sərəvan-Kəlpurqan yolunda yaşanan yol qəzasında 4 nəfər ölüb, 21 nəfər xəsarət alıb.
Azinformasiya.az İran mediasına istinadən xəbər verir ki, Əfqanıstan vətəndaşlarını daşıyan iki nəqliyyat vasitəsi toqquşub.
Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Azinformasiya.az