İranın Qum şəhərində yaşayış binasında partlayış olub.
Azinformasiya.az xəbər verir ki, bu barədə İranın Qırmızı Aypara Cəmiyyətinin baş direktoru Məhəmməd Rza Bəhrami bildirib.
Partlayış binada qaz sızması nəticəsində baş verib və binanın bir hissəsi çöküb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Axtarış-xilasetmə əməliyyatı davam edir.
Azinformasiya.az