Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Türkiyəyə səfər edib.
Azinformasiya.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan liderini qəbul edib.
Məlumata əsasən, Rəcəb Tayyib Ərdoğan və Kiriakos Mitsotakis Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VI iclasına qatılacaq.
Bildirilib ki, iclasda Türkiyə-Yunanıstan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək, iki qonşu ölkə arasında əməkdaşlığın inkişaf imkanları müzakirə olunacaq.
Həmçinin ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal proseslər barədə fikir mübadiləsi aparılacaq, bır sıra sənədlər imzalanacaq.
Sonda birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.
Azinformasiya.az