Lavrov: Rusiya Qrenlandiyanın hərbiləşdirilməsinə cavab verəcək

Rusiya Qrenlandiyanın hərbiləşdirilməsinə cavab olaraq müvafiq hərbi-texniki tədbirlər görəcək.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bunu Dövlət Dumasında hökumət saatı zamanı bildirib.

O qeyd edib ki, “Əlbəttə ki, Qrenlandiya hərbiləşdirilərsə və orada Rusiyaya yönəlmiş hərbi imkanlar yaradılarsa, biz hərbi-texniki tədbirlər də daxil olmaqla müvafiq əks tədbirlər görəcəyik”.

Həmçinin Lavrov Rusiya Prezidenti Vladimir Putinin Moskvanın Qrenlandiya məsələsinin hazırda Rusiyanı “birbaşa narahat etmədiyini” düşündüyü mövqeyini xatırladıb.

“ABŞ, Danimarka və Qrenlandiya bunu özləri həll etməlidirlər – əlbəttə ki, rəsmi Kopenhagenin illər və onilliklər ərzində ikinci dərəcəli vətəndaşlar kimi olduqca sərt davrandığı ən böyük adanın sakinlərinin fikirlərini nəzərə alaraq. Bu məsələ ilə bağlı kifayət qədər faktlar var. Ancaq bizim əsas mövqeyimiz budur ki, Arktika sülh və əməkdaşlıq zonası olaraq qalmalıdır”, – deyə Rusiya XİN rəhbəri vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir