Peskov Vensin səfərindən danışıb: Bakı və İrəvan Vaşinqtonla münasibətlər qurmaqda sərbəstdirlər

“Azərbaycan və Ermənistan suveren dövlətlərdir. Onların müxtəlif dövlətlərlə öz münasibətlərini qurmaq üçün suveren hüquqları var”.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ vitse-prezidenti Ceyms Devin Vensin Bakı və İrəvana səfərinə münasibət bildirərkən deyib.

O bildirib ki, Rusiya həm Ermənistan, həm də Azərbaycanla demək olar ki, hər sahədə faydalı əməkdaşlıq edir.

Kremlin sözçüsü Moskvanın bu əməkdaşlığı davam etdirmək niyyətində olduğunu söyləyib: “Həm Bakı, həm də İrəvanda geniş ikitərəfli münasibətlərimiz var və bu, mümkün olan hər bir sahəni əhatə edir. Buraya qarşılıqlı faydalı ticarət və iqtisadi əməkdaşlıq, qarşılıqlı investisiya və mədəni əlaqələr daxildir”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir