Azərbaycan və Slovakiya Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya Müdafiə Sərgisi çərçivəsində müqavilə imzalayıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Slovakiyanın “Pravda” qəzeti məlumat yayıb.
Məlumata əsasən, tərəflər Slovakiyanın “ZŤS Spéciál” silah fabriki tərəfindən istehsal edilən SAM-120 avtomatik minaatanlarının alınması üçün çərçivə müqaviləsi bağlayıblar.
Slovakiyanın müdafiə naziri Robert bildirib ki, hazırda müqavilənin ilk mərhələsi üzrə 96 ədəd minaatanın tədarükü ilə bağlı danışıqlar aparılıb.
Nazirin sözlərinə əsasən, bu çərçivə müqaviləsi Slovakiya ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlığın inkişaf etdirilməli olduğu iki əsas istiqaməti əks etdirir.
O həmçinin qeyd edib ki, bu layihə Slovakiya üçün yeni bir istiqamətdir və ona etimad göstərilməsindən məmnundur.
“Digər ölkələr də bu məsələ ilə maraqlanırlar”, –nazir vurğulayıb.
Müqavilə Slovakiya tərəfdən “ZŤS Spéciál” şirkətinin direktoru Miroslav Sim tərəfindən imzalanıb.
Azinformasiya.az