Kallas: Dünya nizamını gücləndirməliyik

Biz qanunlara əsaslanan dünya nizamını gücləndirməliyik.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Oslo Təhlükəsizlik Konfransında deyib.

“Belə bir fikir var ki, beynəlxalq qanunlara əsaslanan dünya nizamı sadəcə bir illüziya olub və işlər hər zaman cəngəllik qanunları əsasında irəliləyib. Belə ki, kimin gücü varsa, istədiyini alır. Lakin qeyd etmək lazımdır ki, hətta cəngəllikdə belə heyvanlar arasında əməkdaşlıq olur”, – Kaya Kallas qeyd edib.

O, beynəlxalq qanunları dəstəkləyən ölkələrin birlikdə çalışaraq dünya nizamını gücləndirməli olduğunu vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir