Kreml: Zelenski Putinlə görüşməyə hazırdırsa, Rusiya onu Moskvada gözləyir

ABŞ Prezidenti Donald Tramp Rusiyaya Putinlə Zelenski arasında görüşün mümkünlüyünə baxmağı təklif edib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

O həmçinin qeyd edib ki, Putin dəfələrlə Zelenskinin dialoqa açıq olduğu halda, Moskvaya gələ biləcəyini deyib.

Uşakov vurğulayıb ki, Putinlə Zelenski arasında potensial təmaslar konkret müsbət nəticələrə nail olmağa yönəlməlidir:

“Əgər Zelenski Putinlə görüşməyə hazırdırsa, Rusiya onu Moskvaya dəvət edir. Rusiya onun təhlükəsizliyinə zəmanət verməyə hazırdır. Rusiya Putinlə Zelenskinin təmasını rədd etmir, ancaq onlar yaxşı hazırlıqlı və nəticəyə yönəlmiş olmalıdır. Onların görüşü məsələsi Rusiya Prezidenti ilə Tramp arasında telefon danışıqlarında bir neçə dəfə qaldırılıb”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir