Numan Kurtulmuş: 20 Yanvar şəhidlərinin fədakarlığı Azərbaycanın müstəqillik simvolu kimi yaddaşlarda yaşayacaq

20 Yanvar şəhidlərinin fədakarlığı Azərbaycan xalqının müstəqillik iradəsinin ən güclü təzahürlərindən biri kimi yaddaşlarda əbədi yaşayacaq.

 

Azinformasiya.az  xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş 20 yanvar faciəsi ilə bağlı paylaşımında qeyd edib.

TBMM sədri Azərbaycan və Türkiyənin tarixən olduğu kimi, bundan sonra da çiyin-çiyinə olacağını bildirib:

“20 Yanvar şəhidlərini dərin ehtiram və rəhmətlə anırıq. Onların fədakarlığı Azərbaycan xalqının müstəqillik iradəsinin ən güclü təzahürlərindən biri kimi yaddaşlarda əbədi yaşayacaq.

Qardaş Azərbaycanla sevincdə də, kədərdə də daim “bir millət, iki dövlət” anlayışı ilə çiyin-çiyinə dayanmağa və qardaşlığımızı daha da möhkəmləndirməyə qətiyyətlə davam edəcəyik”, – Numan Kurtulmuş vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir