Göygöldə 30 yaşlı kişi toyda bıçaqlanıb

Göygöldə bıçaqlanma hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayon ərazisində yerləşən Fərid şadlıq sarayında baş verib.

Belə ki, 1996-cı il təvəllüdlü R. Ələkbərov iki bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata əsasən, gənc oğlan sözügedən şadlıq sarayında keçirilən toy mərasimində bıçaqlanıb.

Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil. Əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir