Cəlilabadda yol qəzası olub.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində baş verib.
Hərəkətdə olan motosiklet təcili tibbi yardım avtomobilinə çırpılıb. Qəza nəticəsində 2 nəfər – Şamil Abdalov və Şəmistan Musayev xəsarətlər alıb. Onlar rayon xəstəxanasına hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az