Göygöldə yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “VAZ 2106” ilə “Mercedes” markalı minik maşınları toqquşub.
Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az