Goranboyda 3 nəfər balıqdan zəhərlənib

Goranboyda 3 nəfər qidadan zəhərlənib.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

Belə ki rayon sakinləri 1965-ci il təvəllüdlü Ş.Əhmədova, 1990-cı il təvəllüdlü M.Əhmədova və 2011-ci il təvəllüdlü N.Əhmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata əsasən, zəhərlənən şəxslər bir ailənin üzvləridir.
Onlar yaşadıqları evdə balıq yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir