ABŞ və Avropa görüşləri Ukraynanın Rusiya ilə birbaşa danışıqlarına yol açmalıdır.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Volodimir Zelenski bildirib.
Zelenski qeyd edib ki, yaxın günlərdə müşavirlər səviyyəsində görüş planlaşdırılır.
“Rüstem Umerov artıq bütün ABŞ və Avropadan olan müşavirlər ilə əlaqə saxlayıb. Biz belə bir görüş istəyirik. Mən düşünürəm ki, biz bu görüşün nəhayət Ukraynada baş tutması üçün əlimizdən gələni edəcəyik,” – o bildirib.
Zelenskinin sözlərinə əsasən, bütün sənədlər müşavir tərəfindən hazırlanandan sonra əvvəlcə geniş tərkibdə Avropa dövlətləri ilə Ukrayna arasında liderlər səviyyəsində görüş keçiriləcək.
“Bu görüşdən sonra bütün liderlər səviyyəsində sənədlər razılaşdırılacaq və ABŞ Prezidenti Donald Tramp və Avropa liderlərinin iştirakı ilə görüş üçün hazırlıqlar görüləcək. Biz ciddi niyyətlə çalışırıq ki, sizə dediyim bu görüşlər yanvarda baş tutsun. Bundan sonra düşünürəm ki, hər şey addım-addım gedərsə, müəyyən formada Rusiya ilə görüş də baş tutacaq,” – o vurğulayıb.
Azinformasiya.az