Yeni ilə qədər çox şey həll edilə bilər.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O qeyd edib ki, Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov Amerika tərəfi ilə növbəti təmasları barədə məlumat verib.
“Bir gün belə itirmirik. Ən yüksək səviyyədə – yaxın gələcəkdə Prezident Tramp ilə görüş barədə razılığa gəldik. Yeni ilə qədər çox şey həll edilə bilər”, – Zelenski vurğulayıb.
Azinformasiya.az