Almaniya XİN rəhbəri: Ukrayna ağrılı güzəştlərə getməyə məcbur ola bilər

Ukrayna referendumla nəticələnən ağrılı güzəştlərə getməyə məcbur ola bilər.

 

Azinformasiya.az  Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful ölkə mediasına müsahibəsində deyib.

Onun sözlərinə əsasən, Ukraynanın ərazi güzəştlərinə gedə biləcəyi ilə bağlı referendum keçirilmə ehtimalı var

“Diplomatiyanın vəzifəsi münaqişə tərəflərinin razılaşacağı kompromislərin ərsəyə gəlməsidir. Bu da öz növbəsində ağrılı güzəştlərə gedilməsinə səbəb olacaq. Əsas şərt budur ki, Ukraynaya Rusiyadan gələn hər hansı bir yeni təcavüzə qarşı müdafiəsiz qalmayacağına dair zəmanət verilsin”, – Almaniya XİN rəhbəri vurğulayıb.

Nazir Ukraynada sülh üçün indiyə qədər heç vaxt bu qədər böyük şansın olmadığını bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir