Pakistanda yerli icra administratorunun avtomobili atəşə tutulub, 4 nəfər ölüb

Pakistanda silahlı şəxslər ölkənin şimal-qərb hissəsində yerli icra nümayəndəsi də daxil olmaqla, 4 nəfəri öldürüb.

 

Azinformasiya.az  Pakistan mediasına istinadən xəbər verir ki, yerli icra administratoru, onun iki cangüdəni və yoldan keçən təsadüfi bir insan silahlı hücumun qurbanı olub.

Hücum ölkənin Xeybər-Paxtunxva vilayətində baş verib.

Yerli polisin məlumatına əsasən, icra hakimiyyəti administratorunun maşını silahlılar tərəfindən pusquya salınıb.

Hələlik hücumla bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Qeyd edək ki, dünən Pakistanın şimal-qərb hissəsində Lakki Mərvat bölgəsində polis maşını partladılıb və nəticədə bir polis zabiti həlak olub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir