Gürcüstana yağ aparan Rusiya gəmisinə Türkiyə sahillərində dron zərbəsi endirilib

Qara dənizdə Gürcüstana günəbaxan yağı aparan Rusiya gəmisinə dron zərbəsi endirilib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Türkiyə Dənizçilik Baş İdarəsi məlumat yayıb.

“MIDVOLGA-2” tankerinin Rusiyadan Gürcüstana gedərkən Türkiyədən sahilindən 80 mil məsafədə hücuma məruz qaldığı qeyd edilib.

“13 nəfərlik gəmi heyəti arasında xəsarət alan yoxdur. Gəmidən yardım tələbi daxil olmayıb. Gəmi hazırda Sinop istiqamətində hərəkətini davam etdirir”, – məlumatda deyilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir