Putin Ermənistanın KTMT-yə münasibətindən danışıb: Bu, onların seçimidir, biz təmasdayıq

Ermənistan KTMT-nin bütün qərarlarını dəstəklədiyini və təşkilatın üzvü olaraq qaldığını bildirir.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qırğızıstana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

“Ermənistan özünü KTMT üzvü hesab etdiyini, ancaq indiki mərhələdə təşkilatın iclaslarında iştirakdan çəkindiyini bildirir. Bu, onların seçimidir, biz onlarla əlaqə saxlayırıq”, – Rusiya Prezidenti qeyd edib.

Putin Rusiyanın KTMT-yə sədrliyi dövründə təşkilatın qəbul edəcəyi qərarları Ermənistanla razılaşdıracağını da vurğulayıb.

Qeyd edək ki, Ermənistan KTMT-nin Bişkekdə keçirilən sammitinə qatılmayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir