XİN rəhbəri: Gürcüstanın ABŞ-ın gündəmində o qədər də vacib yer tutmadığını görürük

ABŞ Gürcüstana münasibətdə siyasətini hələ tam formalaşdırmayıb.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “Birinci kanal”a müsahibəsində deyib.

Onun sözlərinə əsasən, ABŞ mühüm proseslərdə iştirak edir, çoxlu enerji, səy və vaxt tələb edən qlobal problemlərin həlli ilə məşğul olur.

“Biz Gürcüstanın ABŞ-ın gündəmində o qədər də vacib yer tutmadığını görürük. Gürcüstan ABŞ ilə konkret məzmunlu strateji münasibətlərin qurulmasına çalışır və bu, dialoqun predmetidir”, – nazir vurğulayıb.

Boçorişvili Gürcüstan-ABŞ münasibətlərinin yenidən qurulmasının müəyyən mərhələdə gündəmdə olacağına və müsbət qərarın əldə olunacağına ümidvarlıq ifadə edib.

Qeyd edək ki, ABŞ Gürcüstanla 2009-cu ildə əsası qoyulan strateji tərəfdaşlığı ötən ilin noyabrın 30-da dayandırıb. Vaşinqton bu qərarı Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini elan etməsindən sonra qəbul edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir