Ukraynaya ilin sonuna qədər müttəfiqlər tərəfindən “PURL” dəstək proqramı çərçivəsində 5 milyard dollar dəyərində hərbi yardım göstəriləcək.
Azinformasiya.az xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte İspaniyanın “El Pais” qəzetinə müsahibəsində bildirib.
“Ukraynaya son dərəcə vacib avadanlıqlar tədarük olunur. Avropa ölkələri son bir neçə il ərzində əhəmiyyətli töhfələr ediblər, lakin yalnız ABŞ tərəfindən təmin edilə biləcək müəyyən imkanlar var. Prezident Tramp Amerikanın silahlarını Kanada və Avropa müttəfiqlərinin maliyyə dəstəyi ilə təmin etməyə razılıq verib”, — Rutte vurğulayıb.
Onun sözlərinə əsasən, Ukraynaya hər ay təxminən 1 milyard dollar dəyərində silah çatdırılır.
Azinformasiya.az