Rusiyaya Trampın planı rəsmi olaraq təqdim edilməyib.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
O, ABŞ-nin Ukrayna ilə bağlı planının Rusiyaya rəsmi olaraq çatıdırılmadığını, ancaq Moskvanın həmin planın konkret ifadələrini müzakirə etməyə hazır olduğunu söyləyib.
Rusiya XİN rəhbəri Trampın Ukrayna ilə bağlı planının Moskvaya qeyri-rəsmi kanallar vasitəsi ilə çatdırıldığını vurğulayıb
Lavrov bildirib ki, Rusiya ABŞ-dan Avropa və ukraynalılarla razılaşdırılmış aralıq variant hesab etdiyi versiyanı təqdim etməsini gözləyir.
Azinformasiya.az