Milli Məclisin deputatı Səyyad Aran Yeni Azərbaycan Partiyasının Saatlı rayon təşkilatının inzibati binasında seçiciləri ilə növbəti görüşünü keçirib.
Azinformasiya.az xəbər verir ki, qəbula gələn vətəndaşlar onları narahat edən problemlər, həmçinin təklif və müraciətləri ilə
bağlı millət vəkilini məlumatlandırıblar.
Vətəndaşların müraciətləri əsasında bəzi problemlər yerindəcə müsbət həllini tapıb. Həlli zaman və araşdırma tələb edən isə müraciətlər isə qeydə alınıb. Deputat seçicilərinə söz verib ki, onların qaldırdıqları bütün məsələləri müvafiq dövlət qurumlarına çatdıracaq.
Deputat həmçinin Saatlının Varxan kəndində də seçiciləri ilə səyyar görüş keçirib. Kənd sakinləri üzləşdikləri problemlərlə bağlı millət vəkilinə ətraflı məlumat veriblər. Müraciətlər müvafiq dövlət qurumlarına çatdırılması üçün qeydə alınıb.
Seçiciləri mütəmadi olaraq onlara vaxt ayırdığına görə millət vəkilinə təşəkkür ediblər.
Qeyd edək ki, qəbulda YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov da iştirak edib.










Azinformasiya.az