Ağstafada yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir kiŞ hadisə rayon ərazisində baş verib.
Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Xəsarət alanlar 1988-ci il təvəllüdlü Ə. Məmmədova, 1984-cü ol təvəllüdlü G. Qarayeva, 1983-cü il təvəllüdlü N. Muğanova, 1988-ci il təvəllüdlü L. Cəlilova və 1984-cü il təvəllüdlü R. Əliyevdir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az