Britaniyada sinaqoqda bıçaqlı hücum olub, ölənlər və yaralananlar var

Böyük Britaniyanın Böyük Mançester əyalətində sinaqoqda bıçaqlı hücum olub.

 

Azinformasiya.az  BBC-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Hücumu törədən şəxsin də öldüyü ehtimal edilir.

Məlumata əsasən, o, təhlükəsizlik qüvvələri tərəfindən atəşə tutulub. Ancaq həmin şəxsin üzərində naməlum əşyaların olması səbəbindən ona yaxınlaşmaq mümkün deyil.

Əraziyə bomba zərərsizləşdirmə komandası göndərilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir