Xaçmazda avtomobil ağaca çırpılıb, sürücü ölüb

Xaçmazda avtomobil ağaca çırpılıb, sürücü ölüb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Yergüc kəndində qeydə alınıb.

Belə ki, Elvin Əlimərdanov idarə etdiyi “KİA RİO” markalı avtomobillə hərəkətdə olan zaman yolun sərt döngəsində idarəetməni itirərək ağaca çırpılıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir