“Biz potensial olaraq Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putinin görüşünə hazırlaşırıq”.
Azinformasiya.az “Times of Ukraine” teleqram kanalına istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rustam Umerov deyib.
O, eyni zamanda tezliklə tərəflər arasındakı danışıqların növbəti raundu barədə məlumat verəcəyini açıqlayıb.
R. Umerov, həmçinin qeyd edib ki, bu dəfəki görüş zamanı tərəflər atəşkəs və girovların mübadiləsini nəzərdən keçirib.
Azinformasiya.az