Pezeşkian: Biz müharibə yox, sülh axtarırıq

“Biz bölgə ölkələri ilə qardaşıq. Azərbaycan və Türkmənistanla qohumuq. Başqaları (ABŞ) bizi müharibəyə sürükləmək istəyir. Lakin biz bunu etməyəcəyik”.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.

“Biz müharibə yox, sülh axtarırıq. Biz ölkə daxilində və qonşularımızla – Azərbaycan, Rusiya, Əfqanıstan, Pakistan, İraq və Səudiyyə Ərəbistanı ilə sülh və sabitliyin ardıncayıq və qardaşlıq və bərabərlik üçün çalışırıq”, – Pezeşkian qeyd edib.

O vurğulayıb ki, əgər region dövlətləri birlikdə ticarət əlaqələri qura bilsələr, müsəlman ölkələri arasında böyük ticarət bazarı, o cümlədən də sülh və təhlükəsizlik yarada bilərlər.

İran Prezidentinin sözlərinə əsasən, bu bölgə başqalarına deyil, region ölkələrinə məxsusdur.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir