Rusiya prezidenti Vladimir Putin ötən axşam Ukrayna məsələsi üzrə İstanbul danışıqlarında iştirak edəcək nümayəndə heyətinin üzvləri ilə müşavirə keçirib.
Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, bunu onun mətbuat katibi Dmitri Peskov açıqlayıb.
O deyib ki, iclasda xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, Baş Qərargah rəisi Valeri Gerasimov, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, “Rosqvardiya”nın rəhbəri Viktor Zolotov, o cümlədən Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov iştirak edib.
Azinformasiya.az