Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın mayın 15-də Ukrayna və Rusiya arasında danışıqların keçiriləcəyi İstanbula səfəri nəzərdən keçirdiyi barədə bəyanatına cavab verib.
Azinformasiya.az xəbər verir ki, Zelenski bu haqda öz “Telegram” kanalında məlumat verib.
“Mən indicə prezident Trampın bəyanatını eşitdim. Bunlar çox vacib sözlərdir. Biz bunu istəyirik, öz tərəfimizdən sükutu təmin etməyə hazırıq “, – o deyib.
Ukrayna lideri Putinlə birbaşa danışıqlar ideyasını dəstəklədiyini də qeyd edərək görüşə hazır olduğunu bildirib.
“Mən Türkiyədə olacağam. Ümid edirəm ki, ruslar bu görüşdən yayınmayacaqlar”, – Zelenski əlavə edib.
Trampın görüşdə iştirakının mümkünlüyünü şərh edən Zelenski “Ukraynada hamı Trampın orada Ukrayna ilə birlikdə olmağını istəyərdi”, – deyə vurğulayıb.
Azinformasiya.az