Göygöldə 43 yaşlı kişi dəm qazından boğularaq ölüb

Göygöldə dəm qazından ölüm faktı qeydə alınıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində baş verib.

Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Elşad Əliyev kənd ərazisindəki fermada dəm qazından boğulub.

Onun meyiti yaxınları tərəfindən tapılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir