Zaqatalada avtomobil 44 yaşlı qadını vurub.
Azinformasiya.az xəbər verir ki, hadisə Zaqatala şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
Zaqatala şəhər sakini, 1979-cu il təvəllüdlü Elgün İmanov idarə etdiyi “VAZ 21099” markalı minik avtomobili ilə 1981-ci il təvəllüdlü Vəfa Əsəbəli qızı Mustafayevanı vurub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan V.Mustafayeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirilib.
Onun vəziyyəti həkimlər tərəfindən orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az