Kallas: Aİ Ukraynaya silah tədarükünü dayandırmaq niyyətində deyil

Avropa İttifaqı Ukraynaya silah tədarükünü dayandırmaq niyyətində deyil.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Kiyevə 40 milyard avroluq yardım planı ilə bağlı sualı cavablandırarkən bildirib.

“Biz hələ də Aİ-nin Ukraynaya hərbi yardımını artırmaq planı üzərində işləyirik”, – Kallas vurğulayıb.

Qeyd edək ki, Avropa İttifaqı xarici işlər nazirləri martın 17-də Xarici Əlaqələr Şurasının iclasında Ukraynaya 40 milyard avroluq yardım paketi ilə bağlı razılığa gələ bilməyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir