Lukaşenko: Rusiya avropalı sülhməramlıların Ukraynada yerləşdirilməsinə razılıq verməyəcək

“Rusiya heç vaxt avropalı sülhməramlıların Ukraynada yerləşdirilməsinə razılıq verməyəcək”.

 

Azinformasiya.az  xəbər verir ki, bunu ABŞ-dən olan bloqer Mario Naufala müsahibəsində Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O deyib ki, bu faktor həm də Almaniya və Fransanın son dərəcə aqressiv mövqeyi ilə əlaqədardır:

“Hazırda Rusiyanın mövqeyi bundan ibarətdir. Rəsmi Moskva Ukrayna ərazisində hər hansı sülhməramlıların olmasına qarşıdır”.

Qeyd edək ki, fevralın 24-də ABŞ Prezidenti Donald Tramp Kreml rəhbərinin ona Ukrayna ərazisində Avropadan olan sülhməramlı kontingentin gətirilməsində problem olmadığını bildirməsi haqqında fikirlər səsləndirib.

Bundan sonra Kremlin mətbuat katibi Dmitri Peskov Ağ Ev rəhbərinin sözlərini təkzib edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir