Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanın xarici işlər naziri Stefan Sejurnenin Moskvanın İrəvana təzyiq göstərməyə çalışdığı barədə bəyanatına münasibət bildirib.
Azinformasiya.az xəbər verir ki, Rusiyanın müttəfiqlərinin Fransa XİN rəhbərinin məlum bəyanatına reaksiya verməməsinin təəccüb doğurduğunu söyləyib.
“Müttəfiqlərimizin reaksiya verməməsi təəccüblüdür, çünki bu, Ermənistanda deyilib. Əgər kimsə bunu dostlarımıza münasibətdə desəydi, biz bu cür xadimləri cəzalandırmağa, onlara üçüncü şəxslərin ona qarşı belə aşağılayıcı münasibətə tariximizin yol vermədiyini xatırlatmağa fürsət tapardıq”, – deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Azinformasiya.az