Dünyada neftin qiyməti ucuzlaşır

Bu gün səhər 2 faizdən çox bahalaşan neftin qiymətləri OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin 13-cü videogörüşü öncəsi ucuzlaşmağa başlayıb.

Azinformasiya.Az-ın məlumatına görə, Bakı vaxtı ilə 16:40-a olan məlumata görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 0,08% enərək bir barel üçün 51,76 ABŞ dollarına, WTI markalı neftin fevral fyuçersləri isə 0,52% dəyər itirərək bir barel üçün 48,27 ABŞ dollarına çatıb.

Qeyd edək ki, bu gün OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin 13-cü videogörüşü baş tutacaq. Görüşdə “OPEC+” nazirləri tərəfindən “Əməkdaşlıq Bəyannaməsi”ndən irəli gələn məsələlər üzrə müzakirələrin aparılması nəzərdə tutulur. İclasda neft hasilatının artırılıb-artırılmayacağına dair qərarın verilməsi də gözlənilir.

Analitiklərə görə, “OPEC+”un fevral ayında istehsalı artırma ehtimalı 50 faizdir. Çünki dekabr ayındakı artım qərarı sonrasında satışlarda yüksəliş olmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir