Azərbaycan və Türkiyənin Baş Qərargah rəisləri görüşüb

“EFES – 2024” çoxmillətli təlimində iştirak etmək məqsədilə Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb.

Məlumata görə, görüşdə hərbi və hərbi-texniki əməkdaşlığın cari vəziyyəti müzakirə edilib, həmçinin qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi vurğulanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir