Güclü qasırğa nəticəsində Çinin Quandun əyalətinin inzibati mərkəzi Quançjou şəhərində 5 nəfər ölüb, 33 nəfər yaralanıb.
Azinformasiya.az “Sinxua” agentliyinə istinadən verdiyi xəbər verir ki, aprelin 27-də yerli vaxtla saat 15.00-da qasırğanın mərkəzində küləyin sürəti saniyədə 20,6 metrə çatıb.
Qasırğanın nəticələrini aradan qaldırmaq üçün xilasedicilər və həkim briqadaları cəlb olunub. Dünən yerli vaxtla saat 22.00-da axtarış-xilasetmə əməliyyatları başa çatıb.
Azinformasiya.az