Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə XİN-nin açıqlamasında deyilir.
Qeyd olunub ki, İsrailin beynəlxalq hüquqa zidd olaraq İranın Dəməşqdəki səfirliyinə hücumu ilə başlayan gərginliyin son hadisələrdən sonra bitməyən qarşıdurmaya çevrilməsi riski var.
“Hadisələri yaxından izləyirik. Beynəlxalq ictimaiyyətin prioriteti Qəzzada qətliamın dayandırılması və Fələstin dövlətinin yaradılması ilə bölgəmizdə daimi sülhün təmin edilməsi olmalıdır”, – Türkiyə XİN-dən bildirilib.
Azinformasiya.az