Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb

Gürcüstan Prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu” partiyasını “gürcü kabusu” adlandırıb.

 

Azinformasiya.az xəbər verir ki, Salome Zurabişvili Fransa mətbuatına müsahibəsində oktyabrda keçiriləcək parlament seçkilərinin hakim “Gürcü Arzusu” partiyasından “qurtulmaq” baxımından həlledici olacağını, partiyanın “gürcü arzusu deyil, gürcü kabusu” olduğunu deyib.

O, Gürcüstan üçün Avropa yoluna, azadlıq və müstəqilliyin möhkəmlənməsinə xidmət etməyən hər şeyin kabus olduğunu qeyd edib.

Prezident Rusiyanın Gürcüstanla bağlı siyasətinin artıq fərqli olduğunu, təbliğat və öz qanununun qəbul edilməsi üçün rəsmilərə təzyiq göstərməklə rusiyalıların Gürcüstana kütləvi köçü kimi vasitələrlə “hibrid müharibə” strategiyasını mənimsədiyini deyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir