Goranboyda bədbəxt hadisə olub.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Xanqərvənd kəndində baş verib.
Kənd ərazisində yerləşən avtomobil təmiri sexində işləyən usta, 1974-cü il təvəllüldü Tahir Məhərrəmov ehtiyatsızlıq nəticəsində sexdə olan xəndəyə yıxılıb.
50 yaşlı usta aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az