Hakan Fidanla BMT baş katibi arasında telefon danışığı olub

Türkiyə xarici işlər naziri Hakan Fidanla bu gün Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.

Qeyd olunub ki, danışıq əsnasında regionda baş verən son hadisələr və Qəzzadakı vəziyyət müzakirə edilib.

Həmçinin Kipr məsələsi və Qara dənizdə naviqasiya təhlükəsizliyi də qiymətləndirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir