İndoneziyada güclü tornado nəticəsində xəsarət alanların sayı 33 nəfərə yüksəlib.
Azinformasiya.az xəbər verir ki, bu barədə təbii fəlakətin baş verdiyi Qərbi Yava əyalətinin yerli hakimiyyət orqanları məlumat yayıb.
Tornado 60-dan çox yaşayış binasına ziyan vurub, dağıntılar və ağacların aşması nəticəsində 33 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Hazırda baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün işlər davam etdirilir.
Azinformasiya.az