Fələstin HAMAS hərəkatının hərbi qanadı olan “İzzəddin əl-Qəssam Briqadaları”nın döyüşçüləri İsrail Ordusunun “Apache” helikopterini raketlə vurduqlarını iddia ediblər.
Azinformasiya.az xəbər verir ki, bu barədə qruplaşmanın Telegram kanalında məlumat verilib.
Qruplaşma hadisənin Qəzza şəhərinin qərbində baş verdiyini açıqlayıb.
Qeyd edək ki, İsrail ordusu Qəzza sektorunda döyüş əməliyyatlarında “Apache” helikopterlərindən fəal istifadə edir.
Azinformasiya.az