Oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin sayı 22600-ə yüksəlib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.
Məlumata əsasən, yaralananların sayı isə 57910 nəfərdir.
Xatırladaq ki, keçən ilin oktyabrın 7-də HAMAS-ın İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1200-dən artıq israilli qətlə yetirilib, 240-dan artıq israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HAMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıb.
Azinformasiya.az