Bakıda gecə klubunda qız bıçaqlanıb

Bakıda gecə klubunda bıçaqlanma hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Nizami rayon ərazisində yerləşən “Palermo” gecə klubunda qeydə alınıb.

Keçmiş məhkum 2000-ci il təvəllüdlü Cavanşir Əliyev klubda 1995-ci il təvəllüdlü qadını bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanılıb, Cavanşir Əliyev saxlanılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir