Kreml Ermənistan və Azərbaycana çağırış edib

Rusiya Qarabağda davam edən gərginlikdən narahatdır. Moskva Bakı və İrəvanla təmaslarını davam etdirir və hər iki tərəfi təmkinli olmağa çağırır.

 

Azinformasiya.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, gərginlik səngimir, hətta bəzi yerlərdə artmağa meyllidir.

“Təbii ki, biz gərginliyin səngiməməsindən və hətta bəzi məntəqələrdə artmağa meylli olmasından narahatıq. Heç nəyə baxmayaraq, Rusiya təhlükəsizliyin etibarlı təminatçısı olaraq qalır. Biz həm İrəvan, həm də Bakı ilə təmaslarımızı davam etdiririk. Əlbəttə ki, biz hər iki tərəfi təmkinli olmağa və iki il öncə imzalanmış həmin üçtərəfli sənədlərin ruhunda hərəkət etməyə çağırırıq. Əlbəttə, o vaxtdan bəri ortaya çıxan yeni reallıqları nəzərə alaraq…”, – Kremlin sözçüsü Moskvanın Qarabağ ətrafında gərginliyin artması ilə bağlı sualı cavablandırarkən bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir