Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 32 nəfərə yüksəlib

Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 32 nəfərə yüksəlib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Ölənlərdən daha birinin meyitinin Çançaxi çayının yatağında tapıldığı, daha bir nəfərin axtarışlarının aktiv şəkildə davam etdirildiyi qeyd olunub.

Qeyd edək ki, təbii fəlakət avqustun 3-də baş verib. Hadisə ilə bağlı avqustun 7-də Gürcüstanda matəm elan edilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir